21 Sentyabr 2019
20 Sentyabr 2019
"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi" - FOTO
"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi" -FOTO MƏDƏNİYYƏT-ŞOU 10:56 2019-08-25

"Dua edən hər kəsə, göydə Allah, yerdə sizlərə, sağ olun deyirem. Hər gün qardaşım Samir üçün mənə 100-lərlə mesajlar, zənglər gəlir. Allah hər kəsdən razı olsun. Kimin dost, kimin düşmən olduğunu gördüm".

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Ayan babakişiyeva sosial şəbəkədə yazıb. Sənətçi ağır avtomobil qəzası keçirən qardaşı Samirin səhhətinin getdikcə yaxşılaşdığını deyib:

"Narahat olub, soruşan tanıdığım, tanımadıqlarım sağ olsunlar. Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu. Xəstəxanaya da təşəkkür edirəm, mənə Samirimi bir daha görmə şansını verdilər. Hələ ki, vəziyyəti ortadı. Müalicələr davam edir. Çünki nəfəsalma problemi var. Sizin dualarınız sayəsində yaxşı olacaq".


  • "Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi" -FOTO