21 Sentyabr 2019
20 Sentyabr 2019
Xudatda 2 nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır
Xudatda 2 nəfər bıçaqlanıb,vəziyyətləri ağırdır KRİMİNAL 09:03 2019-08-25

Xudat şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri alan 1996-cı il təvəllüdlü İslam Telman oğlu Eyyubov və 1997-ci il təvəllüdlü Samir Sabir oğlu Aydəmirov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralılar cərrahi əməliyyat olunub, vəziyyətləri ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.