Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, avtoqəza Goranboy-Borsunlu yolunun Veyisli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilir ki, "KamAZ" markalı yük maşını ilə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində sonuncuda olan bir nəfər hadisə yerində dünyasını dəyişib. Qəza zamanı xəsarət alanların olduğu da deyilir.

Avtqəzanın səbəbləri araşdırılır.