Rəsmi Pekin ABŞ-ın 550 milyard dollar dəyərində yerli məhsul üçün rüsumu qaldırmasına etiraz edib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin kommersiya nazirliyi açıqlama verib.

“ABŞ avqustun 24-də dəyəri 550 milyard dollar olan Çin mallarına rüsumu qaldırıb. Çin bununla bağlı öz qəti etirazını bildirir”.

Çin tərəfi bu addımların cavabsız qalmayacağını da ifadə edib.

“Çin ABŞ-dan yaranan situasiya ilə bağlı yanlış qərarlar verməməsini və Çin xalqının qətiyyətinə şübhə etməməli olduğunu xatırladır. İstənilən səhv qərara görə məsuliyyəti ABŞ tərəfi daşıyacaq”.

Xatırladaq ki, Tramp sentyabrın 1-dən dəyəri 300 milyard dollardan çox olan Çin mallarına 10% deyil, 15% rüsum tətbiq edəcəyini açıqlayıb. Oktyabrın 1-dən etibarən isə dəyəri 250 milyard dollar olan Çin mallarına 25% deyil, 30% vergi əlavə olunacaq.