Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a bildiriblər ki, hadisə nəticəsində rayonun Təpəcənnət kəndində dağlıq ərazidə 200 hektar sahədə kol-kos və quru ot yanıb.

Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.