Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.
Unikal.org xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Xorvatiya bir, Azərbaycan isə iki xal qazanıb.
Azərbaycan - Xorvatiya 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Komanda növbəti oyununu avqustun 25-də Hollandiyaya qarşı keçirəcək. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Azərbaycan millisi çempionata qələbə ilə başladı
20:30 23-08-2019
İDMAN
Digər Xəbərlər
2024-04-20 22:47:00
2024-04-20 21:30:05
2024-04-20 20:52:00
2024-04-20 18:45:42
2024-04-20 18:28:00
2024-04-20 15:25:00
2024-04-20 15:00:16
2024-04-20 14:12:56
2024-04-20 13:57:00
2024-04-20 09:53:08
2024-04-19 23:55:47
2024-04-19 22:07:56
2024-04-19 19:52:13
2024-04-19 18:31:27
2024-04-19 16:56:48
2024-04-19 14:20:32
2024-04-19 13:01:14
2024-04-19 10:34:21
2024-04-19 09:53:00
2024-04-19 01:01:43