16 Sentyabr 2019
“Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi”
“Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi” CƏMİYYƏT 11:40 2019-08-23

“Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinin quşla toqquşmasını şübhə ilə qarşılamağın əsası yoxdur”.

Bu sözləri Unikal.org-a həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, politoq Qabil Hüseynli deyib. 

O, insanlara müraciət edərək bildirib ki, Müdafiə Nazirliyinin “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyi və nəticəsini hamı qəbul etməlidir.  

Q.Hüseynli Rəşad Atakişiyevin nəşi tapılıb gətirildikdən sonra, mərhumun nəşini gördüyünü deyib: “Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi. Suyun altında uzun müddət qalması səbəbindən orqanizimi müəyyən qədər deformasiyaya uğuramışdı. Bütövlükdə görüntüsü tam tanınırdı”.

Amid Əyyuboğlu