16 Sentyabr 2019
15 Sentyabr 2019
Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 nəfər xəsarət adı
Hacıqabulda mikroavtobus qəzaya düşdü -8 nəfər xəsarət adı HADİSƏ 09:10 2019-08-23

Hacıqabul rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Unikal.org Report-a istinadən xəbər verir ki, bunlar Yevlax rayon sakinləri - 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.

Xasrət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya səbəb mikroavtobusun qarşısına iribuynuzlu heyvanın çıxması olub.

***

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul "təcili yardım" maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


  • Hacıqabulda mikroavtobus qəzaya düşdü -8 nəfər xəsarət adı