Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Kahramanmaraşda yaşayan siyam əkizlərini qəbul edib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısının Səma və Ayşə Tanrıkulu ilə görüşü mətbuata qapalı olub.

Əkizlərin pozitiv enerjisindən təsirləndiyini bildirən Ərdoğan, bacıların tələbə adını qazanmasından xoşbəxt olduğunu dilə gətirib.