Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasında baş verib.Belə ki, valideyn nəzarətindən yayınan 2015-ci il təvəllüdlü Şirəliyev Məhəmməd Elvin oğlu yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən yyıxılıb.

Ağır xəsarət alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.