19 Sentyabr 2019
"Azərbaycan müasir dövlətlərin içərisində ən uğurlularındandır" - Əli Əhmədov
"Azərbaycan müasir dövlətlərin içərisində ən uğurlularındandır"- Əli Əhmədov SİYASƏT 16:57 2019-08-22

"Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb. Yaşam səviyyəsi də indiki qədər yüksək olmayıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan narahat dünyada stabilliyini qoruyub saxlayır. Bu, Azərbaycan gerçəkliyinin ən ibrətamiz amillərindən biridir".

Unikal.org-un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi" mövzusunda keçirilən konfransda deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf mərhələsini yaşayır: "Ölkəmiz müasir dövlətlərin içərisində ən uğurlularındandır. Bu, həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir. Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısıdır, istiqamətvericisidir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir. Azərbaycan dünyada baş verən narahatlıqların dialoqla həll edilməsinin tərəfdarıdır. Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meyilləri müşahidə olunur. Azərbaycan isə multikulturalizm ideyalarının əhəmiyyətli olduğunu hər zaman vurğulayıb".