Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verib.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.