19 Sentyabr 2019
Putin, Ərdoğan və Ruhani Ankarada görüşəcək
Putin, Ərdoğan və Ruhani Ankarada görüşəcək DÜNYA 00:37 2019-08-22

Rusiya, İran və Türkiyə liderlərinin sammiti sentyabrın 16-da Ankarada keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib. 

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşündə əsasən Suriya məsələsi müzakirə ediləcək. 

Xatırladaq ki, üç ölkə rəhbərinin ilk görüşü 2017-ci ildə Soçidə keçirilib.