İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo sevgilisi, uşaqlarının anası Georgina Rodriguez  məşhur alt paltar markasının modeli olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldonun bir uşağının anası olan Georgina Rodriguez, məşhur alt paltarı markası üçün kameraların qarşısına keçib.

25 yaşındakı Georgina, kameraya cəsur pozalar verib.

Futbolçunun sevgilisi reklamda çəkilmək üçün iki rəngdə və müxtəlif modellərdə alt paltarı geyinib.

Georgina, çəkiliş üçün digər modellərlə də rəqs edib.

Georgina'nın Instagram'da təxminən 13 milyon təqibçisi var. Onun rəqs hərəkətləri təqibçiləri tərəfindən də çox bəyənilib.