Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, rayonun Eynibulaq kənd sakini, 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə,  8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Yaralılardan 6-nın xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü M.Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.