19 Sentyabr 2019
Qaradağda məhərrəmlik ayı ərəfəsində müşavirə keçirildi - FOTO
Qaradağda məhərrəmlik ayı ərəfəsində müşavirə keçirildi- FOTO CƏMİYYƏT 17:34 2019-08-20

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin kiçik akt zalında məhərrəmlik ayı ərəfəsində müşavirə keçirilib.

Unikal.org xəbər verir ki, müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavin Nadir Muradov, Aparatın İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, həmin şöbənin müdir müavini Yusif Nəsibov, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin müdiri A.Kazımov, Qaradağ rayonunun Lökbatan, Sahil, Müşviqabad, Qızıldaş və Ümid qəsəbə məscidlərinin imamları, dini icma rəhbərləri iştirak edirdilər.

Müşavirəni Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq məhərrəm ayı ərəfəsində məscidlərdə olan dini durumun vəziyyəti barədə danışmış və keçiriləcək din mərasimlərin tələbi olunan qaydalara uyğun aparılması barədə tövsiyələrini bildirib.

Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin müdiri A.Kazımov öz çıxışında dövlət-din münasibətlərinə toxunmuş, aparılacaq maarifləndirici işlərə istiqamət vermişdir.
Müşavirədə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini Nadir Muradov məhərrəmlik ayında Qaradağ rayonunda məscidlərdə dini mərasimlərin layiqincə yerinə yetirilməsi barədə görüləcək işlər haqqında danışıb.

Müşavirədə çıxış edən digər natiqlər keçiriləcək tədbirlər zamanı imamların üzərilərinə düşən vəzifələr haqqında məlumat verərək, görüləcək işlərin yüksək səviyyədə təşkil ediləcəyini ifadə etdilər.

Tədbirin sonunda müşavirəni yekun sözü ilə bağlayan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarına öz təşəkkürünü bildirmiş və görüləcək tədbirlərdə maksimum məsuliyyətli və ciddi olmalarını tövsiyə edib.


  • Qaradağda məhərrəmlik ayı ərəfəsində müşavirə keçirildi- FOTO