19 Sentyabr 2019
Həbsxanadan 258 məhbus qaçdı
Həbsxanadan 258 məhbus qaçdı DÜNYA 13:59 2019-08-20

İndoneziyanın Qərbi Papua əyalətində iğtişaşlar zamanı həbsxanadan 258 məhbus qaçıb.

Unikal.org-un məlumatına görə, bölgədə davam edən etirazlar zamanı aksiya iştirakçıları hökumət binasını yandırdıqdan sonra həbsxanaya yaxınlaşıb.

Binaya daş atan etirazçılar məhbusların qaçması üçün şərait yaradıb.

Hazırda 258 məhbusdan bəziləri saxlanılıb. Digərlərinin axtarışları davam edir. Hücum zamanı həbsxananın bir mühafizəçisi xəsarət alıb.