19 Sentyabr 2019
“Sahil” stansiyası işıqsız qaldı - RƏSMİ AÇIQLAMA
“Sahil” stansiyası işıqsız qaldı -RƏSMİ AÇIQLAMA HADİSƏ 12:58 2019-08-20

Bu gün metronun “Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub.

Unikal.org xəbər verir ki, bununla bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi “Sahil” metrostansiyasında işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb.

Hadisə bu gün saat 10:55 radələrində baş verib. 

Ümumilikdə metrostansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə çəkib.

Hadisə qatarların hərəkətinə ciddi təsir etməyib və sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb.