19 Sentyabr 2019
672 bal toplayan abituriyent ADU-nu seçdi
672 bal toplayan abituriyent ADU-nu seçdi CƏMİYYƏT 12:16 2019-08-20

2019-2020-ci tədris ili üzrə ali məktəblərə qəbul  imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də  Ləman Ağazadədir.

Unikal.org xəbər verir ki, Bakı şəhəri 318 saylı tam orta məktəbi fərqlənmə ilə bitirən L.Ağazadə qəbul imtahanlarında 672 bal toplayıb. Göstərdiyi nəticəyə uyğun olaraq o, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinə (Koreya dili üzrə) qəbul olub.

L.Ağazadə ADU-nu seçməsini universitetin geniş beynəlxalq əlaqələrə malik olması ilə izah edib.  O, Koreya dili ixtisasını daha çox iş imkanları yaratdığı üçün seçdiyini bildirib.

Tələbəmizin gələcək planlarına  universitetdə bir neçə dili dərindən mənimsəyərək təhsilini xaricdə davam etdirmək, özünü sinxron tərcümə sahəsində peşəkar kadr kimi formalaşdırmaq, yazıçı, ssenarist kimi fəaliyyət göstərmək də daxildir.