19 Sentyabr 2019
Yardımlı meşəsində yanğın - Söndürülməsinə kənd əhalisidə qoşulub
Yardımlı meşəsində yanğın -Söndürülməsinə kənd əhalisidə qoşulub HADİSƏ 09:09 2019-08-20

Yardımlıda meşədə yanğın olub.

Unikal.org xəbər verir ki, Yardımlı rayonunun Ostayır kəndi ərazisində 1 ha sahədə meşə zolağı, 5 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri, meşə təsərrüfatı işçiləri və kənd əhalisi tərəfindən söndürülüb.