19 Sentyabr 2019
Jurnalistin qardaşının evi ikinci dəfə qarət olundu - FOTO
Jurnalistin qardaşının evi ikinci dəfə qarət olundu -FOTO HADİSƏ 00:20 2019-08-20

Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Unikal.org xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.

Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.

 İki il öncə də evdən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.

Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır.


  • Jurnalistin qardaşının evi ikinci dəfə qarət olundu -FOTO
  • Jurnalistin qardaşının evi ikinci dəfə qarət olundu -FOTO
  • Jurnalistin qardaşının evi ikinci dəfə qarət olundu -FOTO