16 Sentyabr 2019
ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirib
ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirib DÜNYA 22:07 2019-08-19

Birləşmiş Ştatlar Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə idarəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

Sınaq avqustun 18-də baş tutub.

"Müdafiə Nazirliyi Kaliforniya ştatı, Nikolas adasında adi (nüvəsiz) konfiqurasiyalı yerüstü qanadlı raketin uçuş sınaqlarını həyata keçirib", - deyə məlumatda qeyd olunub.