Rusiyanın Ulyanovsk vilayətində 16 yaşlı Timur K. ailə üzvlərini qətlə yetirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o 66 yaşlı babasını, 69 yaşlı nənəsini, 49 yaşlı anası Marinanı və 4 yaşlı əkiz qardaşlarını balta ilə öldürüb. 16 yaşlı Timur bu dəhşətli əməlindən sonra intihar edib. Cinayətin üstü qonşuların evə heç kimin girib-çıxmamasınından sonra açılıb. Cinayətkarın telefonunda aparılan araşdırmalardan sonra məlum olub ki, onun ailə üzvləri ilə ciddi problemləri var imiş.