Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev avqustun 30-da Lənkəran və Astara rayonlarının vətəndaşlarını qəbul edəcək.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, bu tarixdə həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Lerik şəhərində, nazir müavini Rauf Hacıyev isə Masallı şəhərində vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu Lənkərən şəhərində Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri Ş. Axundov küçəsi), Lerik şəhərində Lerik şəhəri Mədəniyyət evində (ünvan: Lerik şəhəri Arzuman Əsədullayev 22), Masallı şəhərində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında (ünvan: Masallı şəhəri Həzi Aslanov 4) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov 8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 012-585-50-73) xahiş olunur.