Hondurasın "Olimpiya" və "Motaqua" klubları arasında futbol matçı qanlı olaylarla yadda qalıb.

Unikal.org xəbər verir ki, derbi matçda yaşanan gərginliyə görə 3 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Yaralananlar arasında bir azyaşlı ilə yanaşı, "Seltik" klubunun keçmiş futbolçusu Emilio İzaqurre də olub.

Hadisədən sonra Hondurasda bütün futbol matçları təxirə salınıb.