İngiltərə millisinin sabiq üzvü Eşli Koul futbolçu karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, 38 yaşlı müdafiəçi məşqçiliyə başlayacağını və ən yaxşı çalışdırıcılardan biri olmaq istədiyini deyib.

Qeyd edək ki, E.Koul 2006-2014-cü illərdə "Çelsi"də oynayıb. O, London klubundan ayrıldıqdan sonra "Roma", "La Qelaksi" və "Derbi Kaunti"nin şərəfini qoruyub. Koul İngiltərə millisində çıxış etdiyi 13 il ərzində 107 matçda meydana çıxıb. O, yığmada ən çox oynayan 6-cı futbolçudur.