21 Sentyabr 2019
20 Sentyabr 2019
Yük maşını ilə “VAZ-2106” toqquşdu: ölən və yaralananlar var
Yük maşını ilə  “VAZ-2106” toqquşdu:ölən və yaralananlar var HADİSƏ 18:01 2019-08-18

Bu gün Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə  rayonun Düzyurd kəndində qeydə alınıb.

“QAZel” markalı yük maşını ilə “VAZ-2106” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sərnişini 1995-ci il təvəllüdlü Allahverdiyev Bəxtiyar İsmət oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.