21 Sentyabr 2019
20 Sentyabr 2019
Qax sakini faciəli şəkildə ÖLDÜ
Qax sakini faciəli şəkildəÖLDÜ HADİSƏ 17:32 2019-08-18

Qax sakini Şəkidə faciəvi şəkildə ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan yolunun, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, magistral yolda Qax sakininin idarə etdiyi "QAZel"markalı avtomobildə nasazlıq yaranıb. O, avtomobili "KaMAZ" markalı yük avtomobilinə qoşaraq ərazidən aparıb.

Sürücü daha sonra qoşqunu açmaq istəyərkən avtomobillərdən biri hərəkətə gəlib və yük avtomobilləri arasında qalan sürücü əzilərək faciəvi şəkildə ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, dünyasını dəyişən şəxs "QAZel" markalı avtomobili ilə meyvə-tərəvəz daşımaqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.