21 Sentyabr 2019
20 Sentyabr 2019
Binanın eyvanı uçdu: xəsarət alan var - FOTO
Binanın eyvanı uçdu:xəsarət alan var - FOTO HADİSƏ 14:14 2019-08-18

Bu gün Şirvan şəhəri, Nərimanov 9, mənzil 19 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, eyvanın üzərində olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı uçqunun altında qalıb.

Hadisə nəticəsində L. Şirinova sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

L. Şirinovanın qızı, 1983-cü il təvəllüdlü  Şirinova Yeganə Əkbər qızı Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən xilas edilib.