Rusiyanın Perm şəhərində sərnişin avtobusu divara çırpılıb.

Unikal.org "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 10-u uşaq olmaqla 32 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 1-i uşaq olmaqla 6-sının vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusdakı nasazlıq olub.