TV8 kanalında yayınlanan "Survivor" yarışması ilə məşhurlaşan türkiyəli idmançı "Avatar" ləqəbli Atakan Arslan ailə ilə Bakıya gəlib.

Unikal.org xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədə özü məlumat verib.

O paytaxtımıza həyat yoldaşı və oğlu ilə gəlib. Atakan  dünya şöhrətli  "k1" ustası, idmançı Zabit Səmədovla da görüşüb.