18 Sentyabr 2019
17 Sentyabr 2019
PSJ hücumçusunu İtaliyaya göndərir
PSJ hücumçusunu İtaliyaya göndərir İDMAN 16:34 2019-08-17

PSJ hücumçusu Erik Çupo-Motinqi icarəyə verməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, 30 yaşlı hücumçu İtaliyanın “Leççe” klubunun diqqət mərkəzinə düşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Leççe” Eriklə razılaşacağı təqdirdə, Paris təmsilçisi kamerunlu oyunçunu icarəyə verəcək.

2018-ci ilin yayında PSJ-yə keçən Erikin klubla 2020-ci ilin yayına qədər müqaviləsi var.