Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müğənni Elnarə Xəlilovanı təltif edib. 

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, ona general tərəfindən Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı təqdim edilib. 

Qeyd edək ki, leytenant rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir. Həyat yoldaşı Rövşən Cahangirov isə DSX-nin mətbuat katibi vəzifəsini icra edir.