Zərdab sakinini çaqqal dişləyib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Siləyli kənd sakini, 49 yaşlı Namiq Sabir oğlu Tahirov sahədə su suvaran vaxt qəflətən çaqqalın hücumuna məruz qalıb. Çaqqal N. Tahirovun bud nahiyəsindən dişləyib. Zərərçəkən Zərdab Rayon Mərkəzi Xəstəxanasına gətirilərək zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb.