17 Sentyabr 2019
16 Sentyabr 2019
Azərbaycanda hamilə qadın özünə xəsarət yetirdi
Azərbaycanda hamilə qadın özünə xəsarət yetirdi HADİSƏ 09:35 2019-08-17

Qaxda hamilə qadın özünə xəsarət yetirib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Turaclı kənd sakini, 1988-ci il təvəllüdlü Aynur Siyafət qızı Vəliyeva koma vəziyyətində Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. A.Vəliyevanın yaxınları qadının özü-özünə xəsarət yetirdiyini bildiriblər.

A.Vəliyevaya başın və sifətin kəsilmiş-çırılmış yaraları və boyun nahiyəsində yumşaq toxumaların əziyi diaqnozu qoyulub. A.Vəliyevanın üç aylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.