Azərbaycan vətəndaşının Türkiyədə meyiti tapılıb.

Unikal.org  xəbər verir ki, İzmir şəhərinin Konak rayonunda dənizdə kişi meyiti aşkar edilib. Məlum olub ki, həmin şəxs 29 yaşlı azərbaycanlı Rövşən Nəcəfovdur. Onun cəsədi sudan çıxarılaraq morqa yerləşdirilib. 

R.Nəcəfovun hansı şəraitdə ölməsi barədə əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.