16 Sentyabr 2019
15 Sentyabr 2019
Bu rayonlarda qaz olmayacaq - 2 gün...
Bu rayonlarda qaz olmayacaq -2 gün... CƏMİYYƏT 18:19 2019-08-16

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.

Bu barədə Unikal.org-a  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Xəbərə görə, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.