16 Sentyabr 2019
Borca görə 15 nəfər saxlanıldı
Borca görə 15 nəfər saxlanıldı KRİMİNAL 14:19 2019-08-16

Dünən respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.