UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Unikal.org xəbər verir ki, ötən gecə keçirilən qarşılaşmalardan sonra pley-off mərhələsinin bütün cütlükləri məlum olub.

Çempionlar Liqasında APOEL (Kipr) səddini keçə bilməyən “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Ağdam təmsilçisi Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.

Pley-off mərhələsinin oyunları 22 və 29 avqustda keçiriləcək.

Avropa Liqası, pley-off mərhələsi

Suduva (Litva) – Ferentsvaroş (Macarstan)
Kopenhagen (Danimarka) – Riqa (Latviya)
Seltik (Şotlandiya) – AİK (İsveç)
Ararat (Ermənistan) – Düdelanj (Lüksemburq)
Ludoqorets (Bolqarıstan) – Maribor (Sloveniya)
Linfild (Şimali İrlandiya) – Qarabağ (Azərbaycan)
Slovan (Slovakiya) – PAOK (Yunanıstan)
Astana (Qazaxıstan) – BATE (Belarus)
Torino (İtaliya) – Vulverhempton (İngiltərə)
Legiya (Polşa) – Reyncers (Şotlandiya)
Styaua (Rumıniya) – Vitoriya (Portuqaliya)
PSV (Hollandiya) – Apollon (Kipr)
AEK (Yunanıstan) – Trabzonspor (Türkiyə)
Feyenoord (Hollandiya) – Hapoel (Beer-Şeva, İsrail)
Gent (Belçika) – Riyeka (Xorvatiya)
Espanyol (İspaniya) – Zarya (Ukrayna)
Partizan (Serbiya) – Mölde (Norveç)
Braqa (Portuqaliya) – Spartak (Moskva, Rusiya)
Malmö (İsveç) – Bney Yehuda (İsrail)
Strasburq (Fransa) – Ayntraxt (Almaniya)
Alkmaar (Hollandiya) – Antverpen (Belçika)