Xəbər vermişdik ki, yetkinlik yaşına çatmayan qız uşaqlarından istifadə edərək fahişəlik qruplaşması yaratdığı üçün həbs edilən ABŞ-lı  milyarder Cefri Epsteyn kamerasında ölü tapılıb. 

Polis bir vaxtlar Trumpla dostluq münasibətləri olan milyarderin evində axtarışları davam etdirir. 

Unikal.org xəbər verir ki, axtarışlar zamanı onun evindən tapılan əşya polisləri də şoka salıb. Belə ki, milyarder iş adamının malikanəsindən Bill Klintonun qadın qiyafəsində çəkilmiş rəsmi  tapılıb. 

Həmin rəsm tablosunda Bill Klinton “Oval Ofis”də Hillari Klintonun mavi rəngli paltarını və qırmızı ayaqqabılarını geyinərək divanda uzanıb. ABŞ-da böyük ajiotaj yaradan həmin rəsm əsərinin Avstraliya əsilli, amerikalı rəssam Petrina Ryan-Kleidə aid olduğu məlum olub. 

Ancaq Epsteynin tablonu satın aldığı, ya da kopyasını çəkdirdiyi bilinmir.