Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış "MiQ - 29" təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntülərini yayıb. 

Unikal.org-unn xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinə aid yeni hissələr tapılıb və hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin "qara qutu"sunun axtarışları davam etdirlir.

Qeyd edək ki, 24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi hələki tapılmayıb. 

Orxan Həsənli