18 Sentyabr 2019
17 Sentyabr 2019
“Barselona”nın Neymara ehtiyacı yoxdur”
“Barselona”nın Neymara ehtiyacı yoxdur” İDMAN 10:11 2019-08-16

“Barselona”nın keçmiş futbolçusu Xristo Stoiçkov PSJ-nin futbolçusu Neymarın “Barselona”ya mümkün qayıdışına münasibət bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Neymarın “Barselona”ya lazım olmadığını deyib:

“Barselona”nın Neymara ehtiyacı yoxdur. Kataloniya təmsilçisinin hücum xəttində Lionel Messi, Luis Suares, Antuan Qrizmann və Osman Dembele kimi oyunçular var. Neymar “Barselona”ya gəlsə, harda oynayacaq?”

Neymar, 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.