Türkiyədə parkda rastlaşdığı keçmiş sevgilisi və onun yanında olan oğlanı güllələyib öldürən şəxs saxlanılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, şahidlərin dediklərinə görə, həddən artıq içkili olan Məhəmməd G. yoldan keçəndə keçmiş sevgilisi Merve Kotanı Ekim Türkmen adlı oğlanı parkda oturanda görüb. Sonra adıçəkilən şəxslər arasında mübahisə yaranıb.Sonra üzərindəki silahı çıxaran Məhəmməd G 20 yaşlı qızı və onun yanındakı oğlana dəfələrlə atəş edib.
Sonra hadisə yerinə polis və təcili yardım çağırılıb. Hər iki şəxsin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra polis M.G-nı saxlayıb.
Faktla bağlı araşdırma aparılır.