İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün Fransa təmsilçisi PSJ-yə yeni təklif göndərib.

Unikal.org  “Le10sport” portalına istinadən xəbər verir ki, kataloniyalılar 27 yaşlı braziliyalı hücumçunun əvəzinə fransızlara Filppe Koutinyo, İvan Rakitiç və 40 milyon avro verməyə hazırdırlar.

PSJ bir müddət əvvəl Neymarın qarşılığında “Barselona”dan Nelson Semedu, Filppe Koutinyo və 50 milyon avro istəyib. Lakin qarşı tərəf Semedunu vermək istəmədiyi üçün yeni təklif irəli sürüb.

Qeyd edək ki, Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.