Daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.

Xəbəri Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı  Aslan Qiyaslı təsdiqləyib.

Famil Fərhadoğlu