Tərtərdə basqın etdiyi evin sahibinə elektroşok tətbiq edən şəxs üzvü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki evlərdən birinə girib ev sahibinə qarşı elektroşoker tətbiq edib və səsə-küyə gəlmiş atası müqavimət göstərdiyindən hadisə yerini tərk edən Ağdam rayon sakini V.Əliyev saxlanılıb, onunla birlikdə olan daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.