Yol polisi daha bir sürücünün özbaşnalığına son qoyub. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, Qax-Bakı marşrut xətti ilə hərəkətdə olan 99 CG 064 dövlət nömrə nişanlı Ford markalı mikroavtobus qeyri-qanuni sərnişin daşıyır. 
Belə ki, mikroavtobusun sahibi Rəsulov Xəyal Hacı oğlu 8 nəfərlik mikroavtobusda 9-10 nəfər yerləşdirmək istəyib. 
Bununla razılaşmayan sərnişinləri isə təhqir edib. 
Haqlarını tələb edən sərnişinlər polisə məlumat veriblər. 
Hadisə yerinə gələn Qax rayonu Dövlət Yol Polis İdarəsinin rəisi Ayaz Məmmədov mikroavtobusun nasaz vəziyyətdə olduğunu aşkarlayıb və bu nəqliyyat vasitəsi ilə sərnişin daşımanın təhlükəli olduğunu bildirib. 
Nəticədə polis rəisi Ayaz Məmmədov yolda qalan sərnişinlərə kömək edərək, yeni mikoavtobusun təşkil olunmasına göstəriş verib. 
Qax rayon polis şöbəsinin rəhbərliyinin tapşırığına müvafiq olaraq Qax Rayon Yol Polisinin rəisi Ayaz Məmmədovun rəhbərliyi ilə yol polisi əməkdaşları tərəfindən mikroavtobus cərimə meydançasına aparılıb. 
Qeyd edək ki, sərnişinlərdən üçü jurnalistdir.