25 Avqust 2019
24 Avqust 2019
Atanbayevi razı salan general işdən çıxarıldı: O da dindiriləcək... (VİDEO)
Atanbayevi razı salan general işdən çıxarıldı:O da dindiriləcək... (VİDEO) DÜNYA 16:31 2019-08-13

Qırğızıstan Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Kursan Asanov vəzifəsindən azad edilib. 

Unikal.org xəbər verir ki, bu barədə müvafiq fərmanı Baş nazir Muhammetkaly Abylgaziev imzalayıb. 

Fərmanda bildirilir ki,  Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat Xidməti 7-8 avqust hadisələri zamanı Koy-daşda baş verən iğtişaşların qarşısını almaq və asayişi təmin etmək üçün Asanovun birbaşa funksional vəzifələrinin icrası ilə bağlı araşdırma aparıb. 

Araşdırma başana çatana kimi, onu bu vəzifədə  DİN İstintaq Xidmətinin rəisi Pamir Asanov əvəzləyəcək. 

Rəsmi araşdırmanın materialları hüquqi qiymətləndirmə üçün Baş Prokurorluğa təhvil verilib. Hadisələrlə bağlı generalda dindiriləcək. 

Kursan Asanov Almazbek Atambayevin həbsində yaxından iştirak edib. Asanovun Koy-Tash hadisələrində keçmiş prezidentin tutulub istintaqa təhvil verilməsində, girov götürülən 6 xüsusi təyinatlıların sərbəst buraxılmasında bir başa danışıqlar aparıb.