Lənkəranda 24 yaşlı qadın itkin düşüb.

Unikal.org-un xəbərinə görə, rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə yoxa çıxıb. Ş.Məmmədzadə iyul ayının 20-si səhər saat 10:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb. 

Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur. 

Qeyd edək ki, Ş.Məmmədzadə ailəlidir və bir uşağı var.