19 Avqust 2019
18 Avqust 2019
İki qardaş bir gündə öldülər
İki qardaş bir gündə öldülər HADİSƏ 12:31 2019-08-13

Avqustun 11-də saat 5 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Ə.Məhərrəmovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurmuşdur.

Unikal.org DIN-ə istinadən xəbər verir ki, nəticədə İ.Əhmədovun sərnişinlərindən həmyerliləri Arif Tanrıverdiyev və onun qardaşı Mübariz hadisə yerində ölmüşlər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.